Ucnoqta.az
www.ucnoqta.az

Mask Paris prokurorluğunda dindirilməyə gəlmədi

16:13 - 20 Aprel 2026 tarixində dərc olunub.

Elon Mask Paris prokurorluğunda onun X şirkəti ilə bağlı iş üzrə "azad sorgu"ya gəlməyib.

Ucnoqta.az bildirir ki, bu barədə "Le Canard enchaîné" qəzeti məlumat verib.

Qəzet qeyd edib ki, X sosial şəbəkəsinin milyarder sahibi 20 apreldə gəlməli olduğu Paris prokurorluğuna çağırışa məhəl qoymayıb.

Maskdan əlavə, X-in keçmiş baş direktoru Linda Yakkarino da dindirilməyə çağırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası