Ucnoqta.az
www.ucnoqta.az

İran 21 apreldə ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak edəcək - Anadolu

13:38 - 20 Aprel 2026 tarixində dərc olunub.

İran Hörmüz boğazındakı gərginliyə baxmayaraq, 21 apreldə Pakistanın paytaxtı İslamabadda ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin Anadolu xəbər agentliyi danışıqlardan xəbərdar olan Pakistan mənbələrinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, İran nümayəndə heyəti 21 apreldə İslamabada gələ bilər. Tehranın özü hələlik danışıqlarda iştirakını rəsmi olaraq təsdiqləməyib.

İran nümayəndə heyətinin tərkibi dəyişməz qalacaq: ona Parlament sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edəcək, xarici işlər naziri Abbas Əraqçi də iştirak edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası