Ucnoqta.az
www.ucnoqta.az

Avtomobil 85 yaşlı kişini vurub öldürdü

08:31 - 18 Aprel 2026 tarixində dərc olunub.

Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1941-ci il təvəllüdlü Həsənov Vahid Nüsrət oğlu yolu keçən zaman avtomobil onu vuraraq öldürüb.

Sürücünün hadisə yerindən yayındığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: Ucnoqta.az redaksiyası