Ucnoqta.az
www.ucnoqta.az

Onlar Dünya Kubokuna buraxılmayacaq

13:39 - 17 Aprel 2026 tarixində dərc olunub.

ABŞ Donald Tramp administrasiyası tərəfindən antisemit hesab edilən siyasət yürütdüklərinə görə Avropa liderlərinin və rəsmilərinin Dünya Kubokunda iştirakını qadağan edəcək.

Ucnoqta.az bildirir ki, bu barədə ABŞ Prezidentinin antisemitizmin monitorinqi və mübarizəsi üzrə xüsusi nümayəndəsi Yehuda Kaplun açıqlama verib.

Euractiv portalı qeyd edir ki, AB dairələrində rəsmilərin və nazirlərin bu yay ABŞ-da keçiriləcək Dünya Kubokuna gedərkən sərhəd nəzarətində saxlanıla biləcəyi ilə bağlı narahatlıqlar artır.

"Dövlət katibi və Prezidentin icmanı qorumaq üçün zəruri hesab etdiyi istənilən addımı ata bilərik. Bunun necə ediləcəyinə gəldikdə isə, ətraflı məlumat verməyəcəyik", Kaplun deyib.

2026-cı il Dünya Kuboku 11 iyundan 19 iyula qədər Kanada, Meksika və ABŞ-da keçiriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası