Ucnoqta.az
www.ucnoqta.az

İndoneziyada itən helikopter tapıldı

08:00 - 17 Aprel 2026 tarixində dərc olunub.

İndoneziyanın Qərbi Kalimantan əyalətinin Sekadau qraflığında əvvəllər radarlardan itən Airbus H130 helikopteri qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, Reuters agentliyinin verdiyi məlumata görə, göyərtədəkilərdən sağ qalan olmayıb.

İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Syafinin sözlərinə görə, helikopterin qəzaya uğradığı yer sıx meşəlik ərazidə, dik və təpəli ərazidə yerləşir.

O əlavə edib ki, göyərtədə altı sərnişin və iki heyət üzvü olub.

Müəllif: Ucnoqta.az redaksiyası