Hindistanın Baş naziri Narendra Modi Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında Yaxın Şərq və Hörmüz boğazındakı hadisələri müzakirə etdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Modi bununla bağlı X-də paylaşım edib.
"Qərbi Asiyadakı vəziyyəti müzakirə etdik və Hörmüz boğazında təhlükəsizliyin və gəmiçilik azadlığının bərpasının təcili ehtiyacı barədə razılığa gəldik".
O, zəngin Fransa prezidentindən gəldiyini söyləyib.
Modi əlavə etdi ki, Yeni Dehli və Paris bölgədə və ondan kənarda sülhü və sabitliyi gücləndirmək üçün sıx əməkdaşlıq etməyə davam edəcəklər.