Ucnoqta.az
www.ucnoqta.az

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

18:51 - 16 Aprel 2026 tarixində dərc olunub.

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, aprelin 17-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava müşahidə olunacaq.
Proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Belə ki, yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası