Ucnoqta.az
www.ucnoqta.az

Bu yolda təmir işləri niyə dayandırılıb? - AÇIQLAMA

11:01 - 14 Aprel 2026 tarixində dərc olunub.

Xəbər verildiyi kimi, Bakıda Həsən Əliyev küçəsi ilə Əhməd Rəcəbli küçəsində kəsişməsində dairə ləğv edilib, avtomobil tunelinin inşası həyata keçirilir. Mətbuatda yayılan məlumata görə, ərazidə iki aydır  iş dayandırılıb.

Bununla bağlı Ucnoqta.az-a AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, təmir işlərinin dayanması hava şəraiti ilə bağlıdır.

"Son günlər havanın yağıntılı keçməsi təmir işlərində fasiləyə səbəb olub. Əlverişli hava şəraiti olan kimi təmir işləri davam etdiriləcək".

Müəllif: Ucnoqta.az redaksiyası