Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda daha çox digər ölkələrdə yayılmış adlara üstünlük verilir

12:26 - 13 Aprel 2026 tarixində dərc olunub.

“Azərbaycanda daha çox digər ölkələrdə yayılmış adlara üstünlük verilir”.

Ucnoqta.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə deyib.

O, ölkədə yaşayan etnik azlıqların nümayəndələrinin öz kimliklərinə uyğun ad seçməsindən də danışıb:

“Adlar bizim kimliyimiz, milli və mənəvi dəyərlərimizin bir hissəsidir. Adların seçilməsi zamanı milli-mənəvi dəyərlərə uyğunluq nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycanda yaşayan etnik azlıqların nümayəndələrinə də öz kimliklərinə uyğun adların verilməsi ilə bağlı tövsiyələr edilir və bu sahədə məhdudiyyətlər tətbiq olunmur”.

Çingiz Qənizadə bildirib ki, 2011-ci ildə Nazirlər Kabineti tərəfindən bu sahədə müəyyən qaydalar təsdiq edilib və müvafiq qərar qəbul olunub:

“Qaydalara əsasən, adların seçilməsi zamanı qeydiyyat orqanları ailələrə tövsiyələr verə bilər. Əgər valideynlərin seçdiyi ad uşağın mənafeyinə xələl gətirirsə, gülməli səslənirsə və ya cinsinə uyğun deyilsə, bu halda həmin ada rədd cavabı verilə bilər. Bununla yanaşı, valideynlərin belə qərarlardan şikayət etmək hüququ da mövcuddur”.///Bizim.Media

Müəllif: Ucnoqta.az redaksiyası