ABŞ-nin NATO müttəfiqləri, eləcə də Cənubi Koreya və Yaponiya Vaşinqtona lazım olanda kömək etmir.
Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə bildirib.
"Məni ən çox təəccübləndirən şeylərdən biri də boğazın Yaponiya üçün vacib olmasına baxmayaraq - neftinin 93%-ni oradan, Cənubi Koreya isə neftinin 45%-ni əldə etsə də - bizə kömək etməməsidir", - deyə o, qeyd edib.
"Biz NATO-dan kömək istəyirdik, amma onlar bizə kömək etmirlər", - deyə Amerika prezidenti də təəssüflə bildirib.