Fransa hakimiyyəti Fransa Donanmasının 400 illiyini qeyd etmək üçün Marseldə planlaşdırılan dəniz paradını keçirməyəcək.
Ucnoqta.az xəbər verir ki, BFMTV bu barədə Fransa Silahlı Qüvvələri Nazirliyinə istinadən məlumat yayıb.
Kanal Müdafiə Nazirliyinin sözçüsü Oliviya Penişuya istinadən bildirib ki, Dəniz Donanmasının hazırkı əməliyyat tapşırıqlarını və onların prioritetini nəzərə alaraq, Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi 8 may tarixində Marsel limanında planlaşdırılan dəniz qabiliyyətləri nümayişini ləğv etmək qərarına gəlib.
O, aydınlıq gətirib ki, "Şarl de Qoll" təyyarədaşıyan gəmisi də daxil olmaqla, gəmilərin əksəriyyəti İsrailin Livandakı hərbi əməliyyatı və ABŞ-İsrail müharibəsi ilə bağlı missiyalarda iştirak edir.