Ucnoqta.az
www.ucnoqta.az

Kişiləri keçəlliyə aparan gizli təhlükə! Hamı onu içir, ...

10:06 - 10 Aprel 2026 tarixində dərc olunub.

Bir çox insan saçlarının seyrəlməsindən və tökülməsindən şikayətlənir. 

Ucnoqta.az xəbər verir ki, TikTok-dakı videoları ilə şöhrət qazanan Dr. Nina Çandrasekaran bu problemdən əziyyət çəkən gənc kişilərə xəbərdarlıq edir. "Saçlarınız tökülürsə və özünüzü narahat hiss edirsinizsə, bu məhsulu istehlak etməyi dayandırmalısınız".

Çində aparılan bir araşdırmanın nəticələri təəccüblü idi. Dərc olunan məlumata görə, şəkərli içkiləri çox qəbul edən insanlarda kişi tipli saç tökülməsi arta bilər. Tədqiqatçılar vurğulayırlar ki, bu içkilər bioloji stressi və iltihabi prosesləri sürətləndirməklə saç follikullarını zəiflədə bilər.
Mütəxəssislərin fikrincə, bu içkilər yalnız saç tökülməsinə deyil, həm də bədən sağlamlığına mənfi təsir göstərir.

Şəkər və kofein tərkibli içkilərin saç follikullarına bir sıra mənfi təsir göstərə biləcəyini bildirən Dr. Çandrasekaranın TikTok paylaşımı sosial mediada yenidən müzakirə mövzusuna çevrilib.

Kortizol səviyyəsini artırır
Yüksək kofein qəbulu bədəndə stress hormonlarının artmasına səbəb ola bilər.

Saç folikulyarının zəifləyir
Artıq şəkər qan dövranına və iltihaba mənfi təsir göstərə bilər və bu da saç follikullarının zəifləməsinə səbəb olur.

Narahatlığı artırır
Artan stress saç tökülməsinə səbəb ola bilər.

Müəllif: Ucnoqta.az redaksiyası