Ucnoqta.az
www.ucnoqta.az

AFFA klubları cəzalandırdı

14:24 - 9 Aprel 2026 tarixində dərc olunub.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, iclasda Misli premyer Liqasının 26-cı turundakı və Azərbayca kubokunun yarımfinal mərhələsinin ilk oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Zirə” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə paytaxt təmsilçisi 2000 manat cərimələnib.

Eyni matçın 53-cü dəqiqəsində “Şamaxı”nın 11 nömrəli futbolçusu Dioqo Balau ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılayacaq. “Şamaxı” isə 1000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Sabah” oyununda Naxçıvan təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Həmin görüş bitdikdən sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyunluq cəzalandırılıb. “Araz-Naxçıvan” isə 2500 manat cərimə edilib.

“Turan Tovuz” – “Zirə” görüşündə “Turan Tovuz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat cərimələnib.

Eyni görüş bitdikdən sonra “Turan Tovuz”un idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə Tovuz təmsilçisi 15000 manat cərimə edilib.

Bu oyunda “Zirə”dən 4 nəfər sarı vərəqə aldığı üçün paytaxt klubu 700 manat cərimələnib.

Müəllif: Ucnoqta.az redaksiyası