Rusiya prezidenti Vladimir Putinlə görüş ABŞ-da və ya Yaxın Şərqdə baş tuta bilər.
Ucnoqta.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski İtaliyanın RAI radiostansiyasına verdiyi müsahibədə bildirib.
"Mən Putinlə görüşməyə hazıram. Əlbəttə ki, Moskvada və ya Kiyevdə yox. Amma görüşə biləcəyimiz bir çox yer var - Yaxın Şərqdə, Avropada, ABŞ-da", - deyə o, qeyd edib.
Zelenski həmçinin Yaxın Şərqə yönəlmiş ABŞ ilə danışıqlar prosesinin davam etdirildiyini də açıqlayıb.
"Buna görə də Rusiya ilə üçtərəfli danışıqlar təxirə salınıb, lakin bərpa olunacaq", - deyə o bildirib.