Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda 6 nəfərin zəhərləndiyi restoran BAĞLANDI

17:15 - 8 Aprel 2026 tarixində dərc olunub.

Şirvan şəhərində "Pizza Time" restoranında 6 nəfərin göbələkli pizzadan zəhərlənməsi barədə xəbər vermişdik.

Ucnoqta.az xəbər verir ki, həmin müəssisədə Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

Yoxlama nəticəsində restoranın fəaliyyəti dayandırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası