Ucnoqta.az
www.ucnoqta.az

Səudiyyə Ərəbistanı bir neçə saat ərzində 18 PUA zərəsizləşdirdi

09:43 - 7 Aprel 2026 tarixində dərc olunub.

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri son bir neçə saat ərzində 18 pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.

Ucnoqta.az bildirir ki, Krallığın Müdafiə Nazirliyi bu barədə X-də məlumat verib.

Açıqlamaya görə, bütün PUA-lar məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası