Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət etdi - FOTO

10:37 - 6 Aprel 2026 tarixində dərc olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

Ucnoqta.az xəbər verir ki, Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı Memorialın önünə əklil qoydu.

Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.

Müəllif: Ucnoqta.az redaksiyası