Ucnoqta.az
www.ucnoqta.az

İran raket çatışmazlığı ilə üzləşməyəcək

00:00 - 6 Aprel 2026 tarixində dərc olunub.

Bölgədəki müharibə daha bir neçə il davam etsə belə, İran ordusu raket və ya digər strateji materiallar çatışmazlığı ilə üzləşməyəcək.

Ucnoqta.az xəbər verir ki, bu iddianı İslam Respublikası Məclisinin (Parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Burucerdi irəli sürüb.

"Müharibə aylar və ya illərlə davam etsə belə, İran raket arsenalı və strateji imkanları ilə bağlı problemlərlə üzləşməyəcək", - deyə İran parlamentinin üzvü "Əl-Mayadeen" televiziyasının sitat gətirdiyi açıqlamada bildirib. 

Müəllif: Ucnoqta.az redaksiyası