Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanın seçdiyi istiqamət Rusiya üçün artan maraq mövzusudur- Peskov

14:24 - 5 Aprel 2026 tarixində dərc olunub.

Rusiya və Ermənistan dərin tarixi köklərə malikdir və Yerevanın seçdiyi istiqamət Moskva üçün artan maraq mərkəzidir.

Ucnoqta.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu "Vesti" jurnalisti Pavel Zarubinə verdiyi şərhdə bildirib.

"Ermənistan bizə yaxın bir ölkədir və onunla dərin tarixi kökləri bölüşürük. Burada yaşayan geniş erməni diasporunun sayı 2 milyondan çoxdur. Buna görə də Ermənistan rəhbərliyinin seçdiyi istiqamət Rusiya üçün artan maraq mövzusudur" deyə Peskov bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası