Ucnoqta.az
www.ucnoqta.az

Qanunsuz saxlanılan 2 qumbara, 11 tüfəng aşkarlanıb

11:12 - 4 Aprel 2026 tarixində dərc olunub.

Aprelin 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 qumbara, 11 tüfəng və 100 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası