Ucnoqta.az
www.ucnoqta.az

Buşehr, Tehran və Şirazda eyni vaxtda partlayışlar baş verib

23:18 - 3 Aprel 2026 tarixində dərc olunub.

İranın paytaxtında və ölkənin cənub hissəsindəki Buşehr və Şiraz da daxil olmaqla, İslam Respublikasının digər böyük şəhərlərində demək olar ki, eyni vaxtda çoxsaylı partlayışlar baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Əl-Hadath TV" məlumat yayıb.

Kanalın məlumatına görə, Respublikanın qərb hissəsində yerləşən Buşehr, Tehran, Şiraz və Kirmanşahda güclü partlayışlar eşidilib. Bu şəhərlərdə hansı konkret yerlərin hədəf alındığı barədə hələlik məlumat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası