Ucnoqta.az
www.ucnoqta.az

Livandakı İtaliya bazasına raket düşüb

22:28 - 2 Aprel 2026 tarixində dərc olunub.

Livandakı İtaliya bazasına raket düşüb.

Ucnoqta.az xəbər verir ki, ANSA-nın İtaliya Müdafiə Nazirliyindəki mənbələrə istinadən verdiyi məlumata görə, onu kimin atdığı hələlik məlum deyil.

Livandakı BMT Müvəqqəti Qüvvələrinin italyan üzvlərindən heç biri xəsarət almayıb. Yalnız binalara kiçik ziyan dəyib.

Qeyd edək ki, Livanda 1000-dən çox italyan əsgəri qalıb. İtaliya kontingentinin əksəriyyəti İraqdan geri çəkilib.

Müəllif: Ucnoqta.az redaksiyası