FİFA Dünya Kuboku finalının bilet qiymətlərini qaldırıb
Ucnoqta.az xəbər verir ki, FİFA ABŞ, Kanada və Meksikada keçiriləcək qarşıdan gələn Dünya Kubokunun xeyli sayda oyunu üçün bilet qiymətlərini qaldırıb.
NPR-in məlumatına görə, 1 aprel çərşənbə günü başlayan son bilet satış dövründə 104 oyundan 40-nın qiymətləri artıb.
19 iyulda Nyu-Cersi ştatındakı MetLife Stadionunda keçiriləcək final oyunu üçün ən bahalı 1-ci kateqoriyalı biletlər indi 10.990 dollara satılıb. Bu ilin əvvəlində onlar 8.680 dollara, keçən il isə 6.370 dollara satılıb.