Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcərə növbəti köç yola salındı

11:56 - 2 Aprel 2026 tarixində dərc olunub.

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində aprelin 2-də Kəlbəcər şəhərinə növbəti köç yola salınıb.

Ucnoqta.az xəbər verir ki, köç karvanı Tərtər şəhərindən yola salınıb.

Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülür. Köçürülən ailələr Kəlbəcər şəhərində birinci yaşayış məhəlləsində daimi məskunlaşacaqlar.

Onlar respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Müəllif: Ucnoqta.az redaksiyası