Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-nin xam neft ehtiyatları artıb

00:06 - 2 Aprel 2026 tarixində dərc olunub.

ABŞ-ın xam neft ehtiyatları bir həftədə 5,5 milyon barel artıb.

Ucnoqta.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin məlumatına görə, ABŞ-nin kommersiya xam neft ehtiyatları bir həftədə 5,5 milyon barel artaraq 27 mart 2026-cı il tarixinə 461,6 milyon barelə çatıb.

Nazirlik cari ehtiyat səviyyəsinin ilin bu vaxtı üçün beş illik orta səviyyədən 0,1% yüksək olduğunu açıqlayıb.

Qeyd edək ki, Londonun ICE birjasında Brent markalı xam neftin 2026-cı ilin may ayı üçün fyuçerslərinin qiyməti 2,64% azalaraq barel üçün 101,22 dollara, WTI markalı neftin may fyuçerslərinin qiyməti isə 2,66% azalaraq barel üçün 98,68 dollara düşüb.

Müəllif: Ucnoqta.az redaksiyası