Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ hərəkatını davam etdirməməliyik" - Paşinyan

19:38 - 1 Aprel 2026 tarixində dərc olunub.

Paşinyan Putinlə görüşündə Qarabağ hərəkatına son qoyulmasının vacibliyini bir daha vurğulayıb.

Ucnoqta.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə respublikada Qarabağ hərəkatına son qoyulmasının vacibliyini bir daha vurğulayıb.

"Qarabağla bağlı məsələlərə gəldikdə, mən artıq Ermənistanda çox şəffaf və açıq şəkildə bəyan etmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan arasında artıq sülh bərqərar olub", - deyə Paşinyan bildirib.

Ermənistanın Baş naziri vurğulayıb ki, həm Ermənistan, həm də Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü, siyasi müstəqilliyini və suverenliyini tanıyır.

Onun sözlərinə görə, bu o deməkdir ki, İrəvan və Bakı müstəqil Ermənistanın Sovet Ermənistanı ilə 100%, müstəqil Azərbaycanın isə Sovet Azərbaycanı ilə 100% eyni olduğunu qarşılıqlı şəkildə tanıyırlar. Paşinyan bunu gələcək sülhün inkişafı üçün kifayət qədər möhkəm təməl hesab edir.

Müəllif: Ucnoqta.az redaksiyası