Ucnoqta.az
www.ucnoqta.az

Sevda Zeynalovanın meyiti yaşadığı mənzildə tapıldı

10:31 - 1 Aprel 2026 tarixində dərc olunub.

Siyəzən şəhərində fərdi yaşayış evindən qadın meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə martın 30-u baş verib.

Belə ki, şəhər sakini 59 yaşlı Sevda Zeynalovanın meyiti yaşadığı mənzildə aşkarlanıb. Qadının dəm qazında boğulduğu ehtimal edilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası