40 min əxlaqsız qadın DÇ-yə gedir
Bu ilin yayında Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək futbol üzrə Dünya çempionatına hazırlıq çərçivəsində Böyük Britaniya orijinal addım atacaq. Britaniya hökuməti CAR-da 42 milyon prezervativin pulsuz paylanması haqda qərar qəbul edib. Birləşmiş krallığın beynəlxalq inkişaf naziri Qaret Tomas deyib ki, bunu Londondan CAR hökuməti istəyib. CAR rəhbərliyi dünya çempionatını izləmək üçün ölkəyə axışacaq azarkeşlər arasında intim yolla xəstəliklərin yayılmasına məhz bu vasitə ilə mane olmaq fikrindədir. Məsələ ondadır ki, ilkin hesablamalar çempionatı izləmək üçün CAR-a gələcək yarım milyon azarkeş arasında təxminən 40 min fahişənin də olacağını göstərib.
Bu yazını qiymətləndir


Saytın redaktoru:



Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər