"Neftçi"də daha bir istefa
Şakir Qəribov da paytaxt təmsilçisi ilə yollarını ayırıb
Dünən "Neftçi"də daha bir məşqçi istefası reallaşıb. Bir müddət əvvəl baş məşqçi Vaqif Sadıqovun istefasından sonra klubda qalan köməkçisi Şakir Qəribov da paytaxt təmsilçisi ilə yollarını ayırıb. Klubun məşqçilər korpusuna daxil olan Qəribov öz xahişi ilə istefa verib. Klub rəhbərliyi Şakir bəyin istefasını qəbul edərək, ona gələcək işlərində uğurlar arzulayıb. Qəribovun köməkçi-məşqçi vəzifəsindən istefasından sonra onu əvəzləyəcək şəxsi müəyyənləşib. Bu vəzifəni Bəxtiyar Musayev yerinə yetirəcək. Musayev bunadək klubda seleksiyaçı-məşqçi kimi çalışırdı.
Bu yazını qiymətləndir


Saytın redaktoru:



Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər