Xəzər dənizində ova çıxmış 3 azərbaycanlı balıqçı itkin düşüb. Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 21-də saat 11:30 radələrində Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxmış içərisində 3 nəfərin olduğu iki mühərrikli qayıq geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri qayığın axtarışının aparılması üçün havaya qalxıb, Dövlət Sularda Xilasetmə Xidməti sahil boyu axtarış və müşahidələrə başlayıb. Qayığın tapılması istiqamətində axtarış-xilasetmə işlərinin görülməsi davam etdirilir.
Elməddin