Paytaxtda elektrik enerjisi kəsildi (YENİLƏNİB 2)
Mingəçevir DRES-in 8 blok-dan 2-nin fəaliyyəti dayandırılıb
Bu gün saat 11:55 radələrində paytaxtda, eləcə də respublikanın bir çox rayonlarında elektrik enerjisinin verilişində qəfil problem yaranıb. Saat 12:15-ə qədər Bakının heç bir rayonunda işıq olmayıb. Bu barədə ANS-ə "Bakıelektrikşəbəkə"dən məlumat verilib. Məlumatda qəzanın səbəbinin bilinmədiyi qeyd olunub. Bu müddət ərzində bir çox dövlət müəssisələrində, eləcə də strateji əhəmiyyətli dövlət obyektlərində elektrik olmayıb. İşığın olmaması metronun işinə də təsir edib. Sahil, Nizami, Elmlər Akademiyası və Neftçilər stansiyalarında qatarlar tunellərdə qalıb.
Hadisə zamanı Neftçilər stansiyasında sərnişinlər arasında olan ANS əməkdaşının verdiyi məlumata görə, işığın söndürülməsindən 50 dəqiqə keçməsinə baxmayaraq, qatarların hərəkəti hələ də bərpa edilməyib. Bu səbəbdən sərnişinlər polisin köməkliyi ilə tuneldən piyada çıxarılıblar.
Stansiyada qarışıqlıq yaranmasının qarşısını almaq üçün sərnişinlərin metroya daxil olmasına qadağa qoyulub. Bir qadının vəziyyəti ağırlaşdığından Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb.
Elektrik enerjisiinin kəsliməsi bölgələrə də təsir edib. Mingəçevir şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bir neçə gün əvvəl qarın yağması ilə əlaqədar Mingəçevir DRES-də yaranmış problemin tam aradan qaldırılması üçün, yəni təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq Mingəçevir DRES-də 8 blok-dan 2-nin fəaliyyəti dayandırılıb. Qəza aradan qaldırıldıqdan sonra həmin bloklar yenidən fəaliyyətə başlayacaq. Qeyd edək ki, bu gün səhər bütün 8 blok fəaliyyət göstərsə də 2 blokun fəaliyyətinin dayandırılması təhlükəsizlik tədbirləri ilə əlaqədardır.
Qeyd edək ki, paytaxtda bir müddət əvvəl enerjinin olmamasının məhz bu təhlükəzilik tədbirləri ilə bağlı olub olmaması dəqiqləşdirilməyib.





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər