Xəzər Enerji Forumu keçiriləcək
Əsas məqsəd Xəzər dənizinin enerji sahəsində birləşdirici faktor rolunun təcrübədə reallaşdırılmaqdır
Rusiyanın paytaxtı Moskvada Beynəlxalq Ticarət Mərkəzində martın 23-də III Xəzər Enerji Forumu olacaq. MDB İcraiyyə Komitəsinin məlumatına əsasən, forum Rusiyanın Xarici İşlər, Təbii Resurslar və Ekologiya nazirliklərinin, bu ölkənin Sənaye-Ticarət Palatasının və Elmlər Akademiyasının dəstəyi ilə keçiriləcək (AzərTAc). Forumun əsas məqsədlərindən biri Xəzər dənizinin enerji sahəsində birləşdirici faktor rolunun təcrübədə reallaşdırılmasıdır. Bu səbəbdən forumda, əsasən, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, enerji resurslarının mənimsənilməsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Bu yazını qiymətləndir


Saytın redaktoru:



Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər