"Erməni soyqırımı" qətnaməsinə qarşı çıxan konqresmen vəfat etdi
Con Murta 77 yaşında dünyasını dəyişib
ABŞ Nümayəndələr Palatasının Təsisatlar Komitəsinin Müdafiə üzrə Alt Komitəsinin sədri, Pensilvaniya ştatından olan millət vəkili, demokrat Con Murta 77 yaşında vəfat edib. Qondarma erməni soyqırımı haqqında qətnamənin Nümayəndələr Palatasının gündəliyinə çıxarılmasına qarşı çıxması ilə yadda qalan Murta öd kisəsindən əməliyyat olunmuşdu. Bu səbəbdən konqresmen bir müddət idi ki, müalicə olunurdu.
Qeyd edək ki, Murta ABŞ-ın müdafiə xərclərinə nəzarət edən alt komitədəki ən yüksək səviyyəli demokrat idi. O, Konqresdə çox böyük nüfuz sahibi idi.
Con Murta 1974-cü ildən bu yana işlədiyi Nümayəndələr Palatasına seçilən ilk Vyetnam Müharibəsi veteranı idi. O, İraqa qoşun yeridilməsinə əvvəl dəstək versə də, daha sonra, əvvəlki hökumətin müharibəni idarəetmə formasını sərt tənqid etmişdi. Murta "erməni soyqırımı" qətnaməsinin Nümayəndələr Palatasında müzakirəyə çıxarılmasına qarşı çıxmışdı. Qətnamənin 2007-ci ildə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul edilməsinin sonra Konqresdə 4 demokrat partiyalı millət vəkili ilə birgə mətbuat konfransı təşkil edərək Nümayəndələr Palatasının sədri Nensi Pelosini qətnaməni umumi toplantıda gündəminə gətirməməyə çağırmışdı.
O, 2009-cu ildə Türkiyə prezidenti Abdullah Gül və Ermənistan prezidenti Serj Sarkisyana ortaq məktub yazaraq, iki ölkə arasındakı yaxınlaşma səylərinə dəstək vermişdi (CNN Türk).





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər