Bürclər
QOÇ - Hər iki gündə sizə mənəvi dəstək verə biləcək insanlarla rastlaşma ehtimalınız var. Çalışın ki, bu görüşlər boşuna getməsin. Sabah qazanma ehtimalınız var.
BUĞA - Ulduzlar iş günü olmasa belə, bütün diqqəti fəaliyyətə ayırmağı tövsiyə edir. Əgər bunu bacarsanız, yanvarın son ongünlüyündə ciddi problemlərlə rastlaşmayacaqsınız.
ƏKİZLƏR - Həyat təcrübəsi zəif olan adamlardan uzaq olun. İndiki məqamda belə hallar sizə yalnız zərər yetirə bilər. Amma bilik və təcrübəsi bol olan şəxslərdən bərk-bərk yapışın.
XƏRÇƏNG - Hər iki gündə müqəddəs yerləri ziyarət etməklə hazırkı enerji azlığınızı aradan qaldıra bilərsiniz. Bu ərəfədə maraqlı insanlarla rastlaşma ehtimalınız da var.
ŞİR - Ətrafınızda cərəyan edən proseslər nə qədər əleyhinizə işləsə də, dözümlü olmalısınız. Əks təqdirdə uğurlardan uzaq düşəcəksiniz. Mənzil şəraitində daha çox olun.
QIZ - Ətrafınızı bürüyən bədxah insanlar sizi imansız yola təhrik edə bilərlər. Özünüzü təsirdən qoruyun. Hənsısa dedi-qodu və ya şər neçə illik xoş münasibətlərə kölgə salmamalıdır.
TƏRƏZİ - Mistik düşüncələrə qapılmaqdansa, Tanrını başınız üstündə hiss edib düzgün qərarlar verin. Yalnız bu halda irəliləyişlər mümkündür. Sabah müəyyən yeniliklərin şahidi olacaqsınız.
ƏQRƏB - Həssas və çılğın olmağınızdan istifadə edən bəzi bədxahlar sizə tələ qura bilər. Bu səbəbdən də özünüzü dağ kimi təmkinli aparın. Əmin olun ki, sabah bunun bəhrəsini görəcəksiniz.
OXATAN - Matəm günündə qeyri-adi hansısa hadisə gözləməkdənsə, darıxdığınız adamlarla görüşməyə cəhd edin. Pul və işlə bağlı planlarınızı isə sabah günortadan sonraya saxlayın.
OĞLAQ - İştirakçısı olduğunuz proseslər olduqca ciddi bir mərhələyə yetişib. Belə məqamlarda ehtiyatlı və tədbirli davranmalısınız ki, gözdən düşməyəsiniz. Uzaq yola çıxmaq da olar.
DOLÇA - Artıq bu gündən öz bürcünüz “hakimiyyətə gəlib”. Bu isə hamıdan enerjili və şanslı olacağınıza stimul verəcək. Konkret bu günlərdə əlaqələrə və qazanca diqqət ayırmalısınız.
BALIQLAR - Pul kisəsinin qənaətbəxş olmaması ləyaqət və mənliyinizə kölgə salmamalıdır. Çünki həyatın enişi-yoxuşu həmişə olur. Odur ki, iman işığına söykənib mərhəmətli olun.





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər