Prezident “İstiqlal” ordenini Əlibaba Məmmədova təqdim edib
Prezident İlham Əliyev xalq artisti Əlibaba Məmmədova milli muğam sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə və anadan olmasının 80 illiyi münasibətilə təltif olunduğu “İstiqlal” ordenini təqdim edib.
Prezident Ə.Məmmədovu yubiley münasibətilə təbrik edib, can sağlığı arzulayıb. Ölkə başçısı Əlibaba Məmmədovun uzun illərdir ki, Azərbaycanın milli musiqisini təbliğ etdiyini, muğam sənətini qoruyanlardan, inkişaf etdirib gənc nəsli bu sənətə cəlb edənlərdən olduğunu vurğulayıb. Prezident gənc nəslin bu sənətə maraq göstərdiyini deyib: “Muğam müsabiqələrinin keçirilməsi özlüyündə bunun gözəl göstəricisidir. Yəni, muğam müsabiqələri artıq Azərbaycan həyatının ayrılmaz bir hissəsinə çevrilib».
Öz növbəsində xalq artisti Prezidentə yüksək mükafata və diqqətə görə, təşəkkürü bildirib. Ə.Məmmədov bu mükafatın həm də Azərbaycanın milli sərvəti olan muğama hörmətin ifadəsi olduğunu qeyd edib.





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər