Sabah İsrail XİN rəhbəri Bakıya gəlir
Aviqdor Libermanın səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə görüşəcək
İsrailin xarici işlər naziri Aviqdor Liberman sabah Azərbaycana ikigünlük səfərə gələcək. Aviqdor Liberman rəsmi səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycandakı yəhudi icmasının üzvləri ilə görüşü gözlənilir. Görüşlərdə beynəlxalq siyasət və təhlükəsizlik mövzusunda bir sıra məsələlər müzakirə olunacaq. Səfərin yekunu olaraq hər-hansı sənədin imzalanması nəzərdə tutulmur (ANS press).
Bu yazını qiymətləndir


Saytın redaktoru:



Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər