Sabah Bakıda yollar buz bağlayacaq
Abşeron yarımadasının bəzi yerlərində çiskinli yağıntı olacağı ehtimalı var
Yaxın üç gündə Bakıda və Abşeron yarımadasında buludlu hava olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, bu gün havanın buludlu olacaq, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 1-3° isti, axşam 0°-yə yaxın olacaq. Fevralın 9-da - gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli az yağıntı olacağı ehtimalı var. Cənub küləyi əsəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 3-6°-dək isti. Gecə və səhər yollar buz bağlayacaq. Fevralın 10-da -hava dəyişkən buludlu olsa da, günün əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, səhər şimal küləyinə keçəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 4-6° isti olacaq. Fevralın 11-də - dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə ediləcək. Şimal küləyi əsəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-5° isti olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi şərq rayonlarında az yağıntı olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Cənub-qərb küləyi əsəcək, arabir bəzi yerlərdə 23-25 güclənəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Fevralın 10-11-də əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gecə və axşam saatlarında bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Yaxın 3 gün ərzində Abşeron yarımadasında yüksək atmosfer təzyiqinin üstünlük təşkil etməsi və oksigenlə zəngin olması meteohəssas insanlar üçün əlverişlidir.





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər