AŞPA həmməruzəçiləri Gəncəyə yola düşüblər
Həmməruzəçilər Azərbaycanın təşkilat qarşısında götürdüyü öhdəliklərin icrası barədə hesabat hazırlayacaqlar
Avropa Şurası Parlament Assambleyası monitorinq komitəsinin həmməruzəçiləri Andres Herkel və Jozef Debono Qrexin Azərbaycana səfəri başlayıb. Həmməruzəçilər bir az əvvəl Gəncəyə yola düşüblər. Səfər çərçivəsində onların həmçinin Milli Məclisdə, Xarici İşlər və Ədliyyə nazirliklərində, Mərkəzi Seçki Komissiyasında olacaq, eləcə də qeyri-hökümət təşkilatları və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcəyi planlaşdırılır. Həmməruzəçilər Azərbaycanın təşkilat qarşısında götürdüyü öhdəliklərin icrası, ölkəmizdə gedən demokratikləşmə prosesi və onun nəticələri barədə hesabat hazırlayacaqlar. Hesabat məruzəsi monitorinq komitəsində müzakirə olunacaq. Səfər fevralın 12-də başa çatacaq.





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər