Şeyx: "20 yanvar hadisəsi ilə Xocalı soyqırımı arasında əlaqə var"
"Əgər yanvar hadisələrinə tam aydınlıq gətirilsə, bir çox mətləblərin üstü açılar"
20 yanvar hadisəsi ilə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı arasında əlaqə var. Məhz buna görə də 20 il əvvəl baş vermiş bu hadisənin ciddi araşdırılmasına ehtiyac var. 20 yanvar hadisələrinin canlı şahidi, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ANS-ə müsahibəsində bildirib ki, əgər yanvar hadisələrinə tam aydınlıq gətirilsə, bir çox mətləblərin üstü açılar. "Bunu ancaq Heydər Əliyev qiyməti verdi. Amma mənim fikrimcə bu, tam qiymət deyil. Bu gün imkan yaranıb, dövlətçiliyimiz var, strukturumuz var. Nə cənubda, nə şimalda qorxumuz yoxdur. İndi yeganə dərdimiz Qarabağ dərdidir. İnanın ki, 20 yanvar faciəsi ilə Dağlıq Qarabağ arasında çox böyük bir münasibət və bağlılıq var. Əgər 20 yanvar düyünü açılarsa, Qarabağ düyünü də açılar, Xocalı düyünü də. Mən çox istərdim ki, bizim Azərbacan dövləti və xalqı da bilsin ki, Azərbacanın buna ehtiyacı var. O tökülən qanların və şəhidlərin buna ehtiyacı var".





Şərhlər (2 şərh göndərilib):
Ne ucun qan yalniz muselman olkelerinde axir? Arani qizishdiranlar IHT-lerdir. Onlardan bize xeyri olmadi. Heyif SSRI-den. Bizi de qizishdirib, azadliq adi altinda azadligimizi elimizden aldilar.
Hormetle
Bu yazıya şərh göndər