Polşanın baş naziri şəhidlərimizi yad edib
Azərbaycanda səfərdə olan Polşanın baş naziri Donald Tuskun başçılıq etdiyi nümayəndə heyəti bu gün Şəhidlər Xiyabanını ziyarət edib. O, Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinə hörmət əlaməti olaraq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Polşadan olan nümayəndə heyəti Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin də məzarını ziyarət edib.
Qeyd edək ki, Donald Tusk bu gün Prezident İlham Əliyev, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. Görüşlərdə “Şərq tərəfdaşlığı” proqramı, Cənubi Qafqazdakı siyasi vəziyyət, enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək. Polşalı nazir Bakıdan Gürcüstana, oradan isə Ermənistana gedəcək.
Bu yazını qiymətləndir


Saytın redaktoru:



Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər