«Münaqişənin həlli Azərbaycan üçün daha önəmlidir»
ATƏT rəsmilərinin regiona səfəri başlayıb
Dünən ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker və ATƏT Parlament Assambleyasının prezidenti Joao Suares
Cənubi Qafqaza səfər çərçivəsində Tiflisə gəliblər. ANS TV-nin Gürcüstan Burosuna açıqlamasında Qoran Lenmarker bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun tapılmasının vaxtı çatıb. «Məncə Minsk Qrupunun fəaliyyəti o deməkdir ki, bu problemin həlli üçün artıq baza mövcuddur. Amma burda hər iki ölkə başçılarını və dövləti razı salacaq həlli yolunun tapılması vacibdir". ATƏT nümayəndəsi onu da bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün daha önəmlidir: "Çünki Azərbaycanın çoxlu sayda qaçqınları və məcburi köçkünləri var və onların evlərinə qayıtmaq hüququ var. Bəli, Dağlıq Qarabağ problemi üzrə irəliləyiş var. Çünki görüşlər Xarici İşlər Nazirliyi və prezidentlər səviyyəsində Minsk Qrupunun təklifləri əsasında davam etdilirlir. Mən indiki vəziyyəti qərar qəbul etmək mərhələsi kmi dəyərləndirirəm».
Joao Suares isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bir çox müsbət addımlar atılıb. O qeyd edib ki, indi hər iki tərəf siyasi düzəlişlər etməlidir.
Qeyd edək ki, ATƏT rəsmiləri 10-13 mart tarixlərində Ermənistanda, 13-16-da isə Azərbaycanda görüşlər keçirəcəklər.
Hüseyn





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər