Timoşenko Yanukoviçin qələbəsini tanımadı
Baş nazir seçkilərin üçüncü turuna hazırlaşır
Ukrayna prezidentliyinə namizəd Yuliya Timoşenko Viktor Yanukoviçin seçkilərin ikinci turunda qələbəsini tanımayıb. Lent.az-ın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, bu barədə o, “Yuliya Timoşenko Bloku”nun (YTB) fevralın 8-də axşam keçirilən iclasında bildirib.
Timoşenko qapalı rejimdə keçirilən iclasda seçkilərin ədalətli olmadığını vurğulayıb: “Mən belə seçkilərlə Yanukoviçin qələbəsinin legitimliyini heç bir zaman tanımayacağam”. YTB lideri hüquqşünaslara seçkilərin nəticələrindən məhkəməyə şikayət etmək üçün sənədlər hazırlamağı tapşırıb. O, üçüncü turun mümkünlüyünü bəyan edib.
Xatırladaq ki, ilkin məlumata görə, seçkilərdə Viktor Yanukoviç qalib gəlib. Bülletenlərin 99,44 faizi sayılandan sonra Regionlar Partiyasının lideri 48,81, Timoşenko isə 45,61 faiz səs toplayıb. Seçicilərin 4,37 faizi hər iki namizədin əleyhinə çıxıb.





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər