Dağlıq Qarabağ münaqişəsi ABŞ-da müzakirə olunacaq
Fevralın 23-də Vaşinqtonda Cənubi Qafqaza dair könfrans keçiriləcək. Modern.az xəbər verir ki, “Cənubi Qafqaz:təhlükəsizlik, energetika və ABŞ-ın maraqları” mövzusunda keçiriləcək tədbirdə eyni zamanda Cənubi Qafqazdakı dondurulmuş münaqişələrin həlli problemi müzakirə olunacaq. Konfransda energetika təhlükəsizliyi və regional rəqabət, ABŞ-ın Cənubi Qafqazdakı maraqları diqqətdə olacaq. Tədbirdə Ceymstaun Fondunun əməkdaşı Vladimir Sokor, ABŞ dövlət katibinin keçmiş müavini Riçard Armitac, “Heritage” fondunun aparıcı eksperti Ariel Koen kimi ekspertlər iştirak edəcək.
Bu yazını qiymətləndir


Saytın redaktoru:



Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər