Rusiya prezidenti Dmitri Medvedev Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Qolovini vəzifədən azad edib. ANS press-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, prezident bu barədə əmr imzalayıb. Başqa bir əmrlə Qolovin Rusiyanın dövlət sərhədlərinin MDB ölkələri ilə sərhədlərin delimetasiyası və demarkasiyası üzrə prezidentin xüsusi nümayəndəsi vəzifəsindən də azad edilib.