İsveç parlamentində «soyqırımı» müzakirəsi
Azərbaycan diasporu fəaliyyətə keçib
İsveç parlamentində təkrar müzakirəyə çıxarılan «erməni soyqırımı» haqda qanun layihəsinin səsveroməyə qoyulduğu iclasa bu ölkədəki Azərbaycan diasporunun da üzvləri qatılıblavr. Bu barədə məlumat «Üç nöqtə»yə Diasporla İş üzrə Dövlət Komitəsindən verilib. Xatırladaq ki, bu layihə İsveç parlamentinin xarici əlaqələr komitəsində martın 2-də müzakirə olunmış və komissiya üzvlərinin onun əleyhinə səs vermişdi. Parlament layihəni dünən bir daha müzakirəyə çıxarıb. «İsveç Azərbaycan Federasiyası» təşkilatının sədri Səttar Sevgin bildirib ki, bu ölkədəki soydaşlarımız artıq bir neçə gündür layihənin ölkə parlamentində qəbulunun qarşısını almaq üçün təbliğat aparırlar.
“Bu məqsədlə AFİ fəalları millət vəkilləri və parlamentdə təmsil olunan müxtəlif partiyaların nümayəndələri ilə görüşlər keçirib, müzakirələr aparıb, əsl tarixi reallıqları onların diqqətinə çatdırıblar”, - deyə o bildirib. Səttar Sevginin sözlərinə görə, İsveçdə nəşr edilən "Aftonbladet" qəzetində 6 diaspor təşkilatının imzası ilə parlamentdə qondarma erməni soyqırımına dair layihəyə səs verməməyə çağıran eriraz məktubu dərc olunub. Bundan başqa soydaşlarımız “mail” aksiyası keçirərək, müxtəlif elektron ünvanlara eriraz məktubları göndərirlər.
Qeyd edək ki, 178 millət vəkilinin layihənin əleyhində səs verməsi güman olunur. 3 solçu partiyaya mənsub olan 171 millət vəkili isə layihənin tərəfdarı kimi tanınır. Qeyd edək ki, layihənin qəbulu üçün 175 səs kifayət edir.
Hüseyn





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər