Britaniyalı rəssam Ərdoğanın karikaturasınıa görə cərimələndi
Həbs cəzası 3 min funt sterlinq cərimə ilə əvəz olundu
Böyük Britaniya rəssamı Maykl Dikinson Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın karikaturasını çəkdiyinə görə cərimə ödəməlidir. Bu barədə qərarı Türkiyə məhkəməsi çıxarıb. O, özünün fotokollajında Ərdoğanı itin bədəni üzərində təsvir edib. Məhkəmə qərara gəlib ki, bununla da rəssam baş nazirin şərəf və ləyaqətini təhqir edib. Nəticədə Dikinson barəsində 425 gün həbs cəzası çıxarılıb. Lakin həbs qərarı sonradan 3 min funt sterlinq cərimə ilə əvəz olunub. Bununla yanaşı, əgər rəssam 5 il ərzində Ərdoğanla bağlı heç bir rəsm çəkməsə, cərimə geri götürüləcək. «Mən günahkar olduğumu düşünmürəm. Və siyasətçilər barədə karikaturalar çəkməyəcəyimə söz verə bilmərəm. Türkiyədə yaşamaq xoşuma gəlir. Buranın yeməyi, havası və insanları çox yaxşıdır. Britaniyada heç olmazsa, Qordon Braunun karikaturasına çəkə bilərəm və buna görə həbsxanaya düşməmək mümkündür»,- o deyib.
Böyük Britaniya vətəndaşı olan Maykl Dikinson 20 ildən çoxdur Türkiyədə yaşayır. O, Ərdoğanın karikaturasını 2006-cı ildə sərgidə nümayiş etdirib. Şəkildə ABŞ-ın keçmiş prezidenti Corc Buş it formasında göstərilən Ərdoğanın boğazına bant bağlayır. Dikinson bu şəklin İraq müharibəsinə etiraz olduğunu bildirib.





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər