Abdullah Gül nəvə sevincini jurnalistlərlə bölüşüb
Türkiyə prezidentinin yeni doğulan nəvəsinin iki adı olacaq
Türkiyə prezidenti Abdullah Gülün yeni doğulan nəvəsinin iki adı olacaq. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Ötən gün Çankaya Sarayında Ekvador səfirini qəbul edən dövlət başçısı baba olmağının sevincini jurnalistlərlə bölüşüb. “İlk dəfə baba olmaq həyəcanverici bir duyğudur. Hamımızda insani hisslər var. Hamıya qismət olmasını arzu edirəm. Vətənimizə, millətimizə, ailəmizə xeyirli övlad olmasını diləyirəm", deyə Türkiyə prezidenti bildirib. Türkiyə mətbuatının məlumatına görə, Abdullah Gül və həyat yoldaşı Hayrunnisə Gül 3 kq 400 qram çəkidə dünyaya gələn nəvələrinin adına qarışmayacaqlarını bildiriblər. "Adını ata-anası qoyacaq", deyə A.Gül bildirib. İlkin məlumata görə, uşağın adlarından biri Zeynəb olacaq. Türkiyə prezidenti həm qızının, həm də nəvəsinin səhhətlərinin normal olduğunu bildirib.
Xatırladaq ki, Türkiyə prezidenti Abdullah Gülün qızı Kübra Gülün ilk övladı, dövlət başçısının ilk nəvəsi martın 8-də dünyaya gəlib. İlk nəvəsinin doğumu ilə əlaqədar Ankaradan İstanbula gələn Abdullah Gül rəsmi proqramlarını bir günlük təxirə salıb.





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər