Türkiyə səfiri ABŞ-a qayıtmağa tələsmir
Ərdoğan: "Konkret irəliləyiş olmasa, səfir Vaşinqtona qayıtmayacaq"
Türkiyə ABŞ-dakı səfirini geri qaytarmaq barədə hələlik fikirləşmir. Baş nazir Rəcəb Tayyib Ərdoğan yaranmış vəziyyəti dəyərləndirdikdən sonra bildirib ki, konkret irəliləyiş olmasa, səfir Vaşinqtona qayıtmayacaq. "Biz ABŞ-ın bu qərarından dərhal sonra öz reaksiyamızı göstərdik və səfirimizi geri çağırdıq. Bundan sonra nə olacaq bizim üçün maraqlı deyil. ABŞ-ın bəsit siyasi məsələlərə görə Türkiyə kimi strateji müttəfiqi itirməyə razı olacağına inanmıram", - deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarından sonra Türkiyənin ABŞ səfiri Namiq Tan geri çağırılıb. Ərdoğan həmçinin İsrail-Suriya danışıqlarının bərpası ilə bağlı məsələyə toxunub. O, İsrailin Türkiyənin vasitəçiliyini qəbul etdiyini açıqlayıb.





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər