Bakıda iki nəfər donvurmadan ölüb
Onların meyiti daş karxanası ərazisində tapılıb
Qaradağ rayonunda iki meyit tapılıb. Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, hər iki meyit “Çənlibel” daş karxanası ərazisindəki düzənlikdə aşkar edilib. Qaradağ rayon prokuroru Tariyel Qurbanovun ANS press-ə verdiyi məlumata görə, onlar donvurmadan ölüblər. İlkin araşdırma zamanı onların kimliyi müəyyən edilib. Bunlar Balakən rayon sakinləri, 35 yaşlı Hüseyn Cinamanana oğlu Əhmədilov və 40 yaşlı Şəhmir Əli oğlu Hudulovdur. Faktla bağlı araşdırma aparılır.
Bu yazını qiymətləndir


Saytın redaktoru:



Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər