Bakıda vəzifəli şəxs qumbara ilə hədələndi
Silahlı şəxs Qaradağ Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisinin iş otağına basqın edib
Bu gün səhər saat 10.00 radələrində Bakının Qaradağ rayonunda vəzifə üstündə hədə-qorxu hadisəsi baş verib. Qaradağ Rayon Polis İdarəsindən ANS press-ə verilən məlumata görə, iki əl qumbarası ilə silahlanmış, Bakı şəhər sakini Ramiz Fədrəddin oğlu Cəbrayılov Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi Rasim Məmməd oğlu Əhmədovun iş otağına daxil olaraq onu öldürməklə təhdid edib. Hadisə vəzifə üstündə baş verib. R.Cəbrayılov R.Əhmədovdan ona hamam rəisi təyin etməsini tələb edib. Hadisə yerinə gələn polis əməkdaşları R.Cəbrayılovu zərərsizləşdirərək, polis idarəsinə aparıblar. Hazırda onun ifadəsi alınır.
Bu yazını qiymətləndir


Saytın redaktoru:



Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər